Tailandda əfsanəvi titanların yaşadığı sirli mağara aşkarlandı

Tailandda yerli sakinlər əfsanəvi titanların yaşadığı iddia edilən bir mağara aşkarlayıblar. Tapılan mağara ən yaxın yaşayış məntəqəsindən beş kilometr məsafədə dağlıq ərazidə yerləşir. Mağaraya çatmaq üçün sakinlər düyü tarlaları və meşələrdən keçməli olublar.

Mağaranın 10 metr enində olan girişində mütəxəssislər Budda heykəlləri olan bir rəf və taxta skamya görüblər. Lakin onları təəccübləndirən bu olmayıb.

Mağarada çoxlu heyvan sümükləri olan əhəngdaşı tapılıb. Ekspertlər sümüklərin yaşını min il kimi qiymətləndirirlər.

Yerli icmanın rəhbəri bildirib ki, sakinlər arasında mağaranın tapıldığı dağda bir vaxtlar titan cütlüyünün yaşadığı haqqında əfsanə dolaşır. Həmin əfsanəyə görə, kişi titan ömrü boyu onun yaşadığı yerin yaxınlığındakı bir milyon fili yeyə bilib və buna görə də, ona Lan Cang ləqəbi verilib. Bu ad "milyon fil" kimi tərcümə olunur.

Sakinlər əmindirlər ki, aşkarlanmış mağarada həmin əfsanəvi titanlar yaşayıblar və oradakı sümüklər onların yemək qalıqlarıdır.

"Titanların mağarası"na artıq ekskursiyalar təşkil olunur. Turistləri yerli sakinlər və ya qeydiyyatdan keçmiş bələdçilər müşayiət edə bilərlər.

Tailandda əfsanəvi titanların yaşadığı sirli mağara aşkarlandı

Tailandda əfsanəvi titanların yaşadığı sirli mağara aşkarlandı

Mənbə: Thaiger

0.087589025497437