Beş yaşlı Əfsanənin anası: "Günlərdir uşağa normal yemək ala bilmirəm"

Beş yaşlı Əfsanə ağır yanıq xəsarətləri alıb.

Bu barədə hakimiyyet.az-a onun anası Fərqanə Kərimzadə məlumat verib.

O bildirib ki, övladı aprelin 20-si ehtiyatsızlıq səbəbindən yanıb:

"Əfsanənin beş yaşı var. O, aprel ayının 20-si ehtiyatsızlıq səbəbindən ağır yanıq xəsarətləri alıb. Həmin gün biz onu Bakıda yerləşən xəstəxanalardan birinə gətirdik. Əfsanəyə bir dəfə dəri köçürüldü. Hazırda evimizə gəlmişik. Amma onun müalicələrini davam etdirməyə imkanımız yoxdur. Ötən həftə sizin saytın izləyicilərinin dəstəyi ilə onun dərmanlarını ala bildim. İnanın, yarası böyük olduğu üçün mazları 2 günə bitir. Onlar da çox bahadır. Bizim bunları qarşılamağa maddi imkanımız çatmır. Vəziyyətimiz çox ağırdır. Bir neçə gündür uşağa normal yemək belə ala bilmirəm. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (070) 937-70-14.

Kapital Bank: 4169 7388 9300 4170.

0.054788112640381