Xırdalanda partlayış səsləri eşidildi

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Tamstore" mağazasında yanğın olub.

hakimiyyet.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, ərazidə yaşayanlar yanğından əvvəl partlayış səslərini eşitdiklərini qeyd ediblər.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) hakimiyyet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə yerinə yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunublar və yanğın qısa zamanda söndürülüb.

Həmin görüntüləri təqdim edirik:

0.097932100296021