Türkiyə PUA-lar üçün hava dəhlizləri ayıracaq

"Türkiyə hakimiyyəti şəhərlərdə və şəhərlər arasında pilotsuz uçuş aparatları üçün hava dəhlizləri ayıracaq. Bununla da, Türkiyə Avropada avtonom pilotsuz dəhlizlərə malik azsaylı ölkələrdən birinə çevriləcək".

Bunu Türkiyənin Nəqliyyat Nazirliyinin rəhbəri Abdulkadir Uraloğlu bildirib.

"Biz quruda nəqliyyat vasitələri üçün marşrutlar və yollar, havada təyyarələr və dənizdə gəmilər üçün dəhlizlər yaratdığımız kimi, PUA-ların şəhərlər daxilində və şəhərlər arasında uçması üçün hava dəhlizləri müəyyən edəcəyik ", - deyə nazir vurğulayıb.

Türkiyə Nəqliyyat Nazirliyinin məlumatına görə, hazırda ölkədə 1,5 milyondan çox pilotsuz uçuş aparatı "pilotu" və 65 mindən çox pilotsuz uçuş aparatı qeydiyyatdan keçib.

Mənbə: TASS

0.088107109069824