Türkiyənin bir neçə güc strukturun iştirakı ilə separatçı terror təşkilatına (BTÖ) qarşı "Bozdoğan-43" əməliyyatı həyata keçirilib.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
O qeyd edib ki, Türkiyənin Ağrı vilayətinin Doğubəyazıt rayonunun çöllük ərazilərində həyata keçirilən antiterror əməliyyatı nəticəsində uzun müddət axtarışda olan "Şehmus Malazgirt" ləqəbli terrorçu Yılmaz Öner zərərsizləşdirilib.
Məlumatda qeyd olunur ki, məhz Y.Önerin rəhbərliyi ilə həyata keçirilən terror hücumları nəticəsində Türkiyənin 27 polis işçisi və dörd nəfər mülki vətəndaş həyatını itirib.
Mənbə: Sabah