Sumqayıtda qadın kirayə qaldığı mənzilin eyvanından ehtiyatsızlıqdan yıxılıb.
"Report" xəbər verir ki, hadisə şəhərin 4-cü məhəlləsində qeydə alınıb.
Şəhər sakini, 1996-cı il təvəllüdlü Nigar İsa qızı Quliyeva yaşadığı 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanından yıxılıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.