Azərbaycanda toyda kütləvi ZƏHƏRLƏNMƏ: Xəstəxanaya yerləşdirilənlərin sayı sürətlə ARTIR - ADLAR

Ağstafada toyda zəhərlənən şəxslərin sayı yenidən artıb.

"Report"un məlumatına görə, Ağstafa rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində zəhərlənənlərin sayı 28 nəfərə çatıb.

Ağstafada toyda zəhərlənənlərin sayı 20-yə çatıb.

APA zəhərlənən şəxslərin siyahısını təqdim edir:

Ağstafa rayonunun Aşağı Göycəli kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədova;

Ağstafa rayonunun Kəsəmən kənd sakini 2008-ci il təvəllüdlü Hümbət Qələndərov;

Ağstafa rayonunun Köçüəsgər kənd sakini 1985-ci il təvəllüdlü Cənanə Bayramova;

Ağstafa rayonunun Aşağı Göycəli kənd sakini 1972-ci il təvəllüdlü Aygün Bağırova;

Ağstafa rayonunun Köçüəsgər kənd sakini 2004-cü il təvəllüdlü Nicat Bayramov;

Ağstafa rayonunun Aşağı Göycəli kənd sakini 1981-ci il təvəllüdlü Aynurə Vəliyeva;

Ağstafa rayonunun Aşağı Göycəli kənd sakini 2007-ci il təvəllüdlü Nərmin Məmmədova;

Ağstafa rayonunun Aşağı Göycəli kənd sakini 1995-ci il təvəllüdlü Milan Vəliyeva;

Ağstafa rayonunun Aşağı Göycəli kənd sakini 1985-ci il təvəllüdlü Samirə Əhmədova;

Ağstafa rayonunun Aşağı Göycəli kənd sakini 2009-cu il təvəllüdlü Arif Pirizadə;

Ağstafa rayonunun Aşağı Göycəli kənd sakini 2014-cü il təvəllüdlü Aydan Əhmədzadə;

Ağstafa rayonunun Aşağı Göycəli kənd sakini 1979-cu il təvəllüdlü Arifə Vəliyeva;

Ağstafa rayonunun Aşağı Göycəli kənd sakini 1985-ci il təvəllüdlü Zaur İsmayılovdur;

Ağstafa rayonunun Həsənsu kənd sakini 1995-ci il təvəllüdlü Samir Məmmədli;

Tovuz rayonunun Cəlilli kənd sakini 2008-ci il təvəllüdlü Nihat Həsənov;

Tovuz rayonunun Yuxarı Öysüzlü kənd sakini 2007-ci il təvəllüdlü Nihat Həsənov;

Ağstafa rayonunun Xətai kənd sakini 1999-cü il təvəllüdlü İlham Hüseynov;

Tovuz rayon sakini 1982-ci il təvəllüdlü Sevda Ələsgərova;

Tovuz rayon sakini 2010-cu il təvəllüdlü Sadiq Quliyev;

Ağstafa rayon sakini 1986-cı il təvəllüdlü Könül Quliyeva;

Ağstafada toyda zəhərlənmə faktı ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə hakimiyyet.az-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Məlumatda qeyd olunub ki, baş vermiş hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Ağstafada toyda zəhərlənərək xəstəxanaya çatdırılanların sayı artıb.

"Report"un məlumatına görə, Ağstafa rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində zəhərlənənlərin sayı 14 nəfərə çatıb.

Ağstafada toy mərasimində zəhərləndiyi deyilən şəxslərin kimliyi məlum olub.

"Report"un məlumatına görə, zəhərlənənlər:

2008-ci il təvəllüdlü N.Həsənov,

2010-cu il təvəllüdlü S.Quliyev,

1986-cı il təvəllüdlü K.Quliyeva,

1982-ci il təvəllüdlü S.Ələsgərova,

2007-ci il təvəllüdlü N.Həsənov,

1999-cu il təvəllüdlü İ.Hüseynov,

1995-ci il təvəllüdlü S.Məmmədlidir.

Ağstafada zəhərlənmə diaqnozu ilə 11 nəfər xəstəxanaya yerləşdirilib.

hakimiyyet.az-ın əldə etdiyi məlumata görə, hazırda onlara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Ağstafada kütləvi zəhərlənmə faktı qeydə alınıb.

hakimiyyet.az-ın məlumatına görə, hadisə rayonda yerləşən şadlıq saraylarının birində qeydə alınıb.

Belə ki, şadlıq sarayında keçirlilən toy məclisindən bir neçə nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Samir İsayev

0.087929010391235