NASA kosmik tullantılara görə pul ödəyə bilər

ABŞ-də Neapol şəhərinin sakini Alexandro Otero 2024-cü il martın 8-də evinə düşən kosmik tullantı parçasına görə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsindən (NASA) 80 min dollar təzminat tələb edib.

NASA təsdiqləyib ki, Oteronun probleminə səbəb olan detal 2021-ci ildə Beynəlxalq Kosmik Stansiyadan tullantı kimi atılan işlənmiş batareyaların olduğu yük paketinin 700 qramlıq hissəsidir.

Kosmik agentliyin məlumatına görə, Yerə düşməzdən əvvəl tamamilə yanmaq əvəzinə, obyektin bir hissəsi salamat qalıb.

İndi NASA-nın təzminat iddiasına cavab vermək üçün altı ay vaxtı var. Hüquqşünaslar qeyd ediblər ki, insident zamanı xəsarət alan olmasa da, hadisə "fəlakətli nəticələrə" səbəb ola bilərdi.

Mənbə: gazeta.ru

0.052827835083008