Konqoda kəndlərə hücum: 23 nəfəri öldürüldü

Konqo Demokratik Respublikasının (DRC) şərqindəki bir neçə kənddə bu həftə ən azı 23 nəfər öldürülüb.

Bu barədə İturi əyalətinin yerli hakimiyyət orqanı məlumat yayıb.

"Konqonun İnkişafı naminə Kooperativi"nin (CODECO) silahlı qüvvələri kəndlərə hücum edərək, sakinləri öldürüb və evləri yandırıb.

Səlahiyyətlilərə görə, hücumun səbəbləri məlum deyil.

CODECO 20 il əvvəl Konqo Demokratik Respublikasının şərq bölgələrində yaşayan Lendu xalqının silahlı şəxslərindən yaranıb.

Mənbə: TASS

0.089545965194702