Şimali Koreya yenidən zibillə dolu hava şarlarını Cənubi Koreyaya yollayıb.
Bu barədə Cənubi Koreya hakimiyyəti məlumat yayıb.
Şimali Koreyadan gələn zibil şarlarının Seulun hava məkanına daxil olduğu təsdiqlənib.
Eyni zamanda, Cənubi Koreya hakimiyyəti vətəndaşlardan şarların düşdüyü yerlərə yaxınlaşmamağı xahiş edib.
Qeyd edək ki, ilk dəfə iyunun 9-na keçən gecə Şimali Koreya qonşu ölkəyə sarı 330-a yaxın zibil şarı buraxıb. Onlardan 80-dən çoxu hədəfə çatıb, o cümlədən 30-u Seula düşüb.
Mənbə: gazeta.ru