Türkiyədə beş uşaq anasından oğlunu motivasiya etmək üçün maraqlı addım

Türkiyənin Kahramanmaraş şəhərinin sakini, beş uşaq anası 47 yaşlı Fatma Civan universitet təhsilini yarımçıq qoyan oğlunu motivasiya etmək üçün ali təhsil müəssisəsinə imtahan verərək uğurlu nəticə göstərib.

Əl sənətləri fakültəsinin 1-ci kurs tələbəsi olan Fatma Civan bildirib ki, oxumaq, təhsil almaq üçün yaş məhdudiyyəti yoxdur.

"Hansı yaşda olursunuzsa olun, gənclərə örnək olmaq istəyirəm. İstəyirəm ki, bütün gənc qızlarımız oxusunlar. Oxuyub, peşə sahibi olsunlar.

İmtahan verib universitetə qəbul olma səbəbim isə oğlumdur. O, universitetin ikinci kursunda oxuyanda təhsilini yarımçıq qoydu. Ona motivasiya vermək üçün universitet oxuyacağıma söz vermişdim. Mən bu işi oğlum, sırf onun həyatı üçün həyata keçirdim", - deyə 47 yaşlı qadın bildirib.

Mənbə: İHA

0.065180063247681