Moskva vilayətinin Fryazino şəhərciyində baş verən yanğınla bağlı "İsprin" şirkətinin baş direktorunun müavini, eləcə də bina sahibinin nümayəndəsi saxlanılıb.
Bu barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.
"Fryazino şəhərində inzibati və istehsalat binasında baş vermiş yanğın nəticəsində insanların ölümü ilə bağlı cinayət işinin istintaqı çərçivəsində (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsinin 3-cü hissəsi), Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə İstintaq İdarəsi "İsprin" MMC-nin baş direktorunun müavinini, eləcə də bina sahibinin nümayəndəsini saxlayıb", - məlumatda deyilir.
İstintaqın məlumatına görə, 2021-ci ildən bina ölən mülkiyyətçi-borclunun müflisləşməsi zamanı əmlakın təhlükəsizliyini təmin etmək üçün icarəyə götürülmüş "İsprin" şirkətinin nəzarətində olub.
"Ehtimallara görə, elektrik naqillərində nasazlıq nəticəsində iyunun 24-də binanın 5-ci mərtəbəsində yanğın baş verib, bundan sonra yanğın geniş ərazini əhatə edib. Həmçinin siqnalizasiya sistemlərinin, xəbərdarlıqların, yanğının söndürülməsinin, o cümlədən yanğın çıxışlarının bağlanması baxımından yanğın təhlükəsizliyi tələblərinin pozulması olub", - deyə idarədən bildirilib.
Mənbə: TASS