Qadını vurub öldürən avtobus sürücüsünə hökm oxundu

Bu ilin yanvar ayında paytaxtın Xətai rayonu NZS qəsəbəsi ərazisində 76 yaşlı qadını vurub öldürən "BakuBus" sürücüsünə hökm oxunub.

"Qafqazinfo" xəbər verir ki, 32 saylı marşrut xətti üzrə çalışan sürücü Famil İsgəndərov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilinib.

Xətai Rayon Məhkəməsi ona 1 il 6 ay sürücülük hüququndan məhrum edilməklə 3 il yarım azadlıqdan məhrumetmə cəzası verib. Sürücünün cəzasını məntəqə tipli müəssisədə çəkəcəyi bildirilib.

Qeyd edək ki, hadisə yanvarın 25-də Xətai rayonu NZS qəsəbəsində yerləşən marketlərdən birinin qarşısında baş verib. Famil İsgəndərov idarə etdiyi "BakuBus" MMC-yə məxsus BMC markalı avtobusla 1948-ci il təvəllüdlü İrina Rzayevanı vurub. Qadın xəstəxanaya yerləşdirilsə də, yanvarın 29-da vəfat edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

0.099275827407837