Hindistanın paytaxtı Nyu-Delhidə hava limanının damının bir hissəsinin uçması nəticəsində azı bir nəfər ölüb, altı nəfər yaralanıb.
Hava limanın damının uçma səbəbi kimi güclü yağışların yağması göstərilir.
Hadisədən dərhal sonra hava limanında yerləşən birinci terminalda bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Hadisənin digər təfərrüatı barədə məlumat verilmir.
Mənbə: NDTV