Oğuz rayonunda intihar hadisəsi baş verib.
hakimiyyet.az xəbər verir ki, hadisə rayonun Yemişanlı kəndində qeydə alınıb.
Kənd sakini, 1991-ci il təvəllüdlü Pərviz Tahir oğlu Məmmədxanov özünü tövlənin çardağından asaraq intihar edib.
İlkin ehtimala görə, intihara arvadının P.Məmmədxanovdan ayrılması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.