Çinin cənubundakı Çunşan şəhərində kimyəvi zavodda partlayış baş verib.
Sosial şəbəkələrdə hadisə şahidlərinin paylaşdıqları videolar yayılıb.
Kadrlarda partlayış zamanı alov sütununun və qara tüstünün göyə qalxdığı görünür.
Alov 300 kvadratmetr ərazini əhatə edib. Yanğın artıq lokallaşdırılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Bir neçə nəfər özünü pis hiss etdiyi üçün tibb müəssisəsinə aparılıb.
Hadisənin səbəbi araşdırılır.
Çində kimyəvi zavodda güclü partlayış
Çində kimyəvi zavodda güclü partlayış
Mənbə: Guancha