Fransada seçkidə heç bir alyans mütləq çoxluğu əldə edə bilməyib

Fransanın bütün ərazisində Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkinin ikinci turu başa çatıb.

İkinci turunnəticələrinə görə, siyasi bloklardan heç biri 289 mandatın mütləq əksəriyyətini əldə edə bilməyib.

Beləliklə, "Yeni Xalq Cəbhəsi" solçu alyansı Fransada növbədənkənar parlament seçkisinin ikinci turunda Milli Assambleyada (parlamentin aşağı palatası) 175-dən 205-ə qədər yer qazanaraq liderlik edir.

Eyni zamanda, "Respublika Naminə Birlik" prezident koalisiyası 150-dən 175-ə qədər, sağçı "Milli Mitinq" partiyası isə 115-dən 150-yə qədər mandata malikdir.

Verilən məlumata görə, solçu qüvvələrin tərəfdarları Parisin mərkəzindəki Respublika meydanına toplaşmağa başlayıblar və mitinq keçirmək niyyətindədirlər.

Hazırda polis və jandarm qüvvələri hər hansı qayda pozuntusunun qarşısını almağa hazırlaşır. Təhlükəsizliyi Parisdə 5 min, bölgələrdə isə 30 minə yaxın hüquq-mühafizə orqanları təmin edir.

Mənbə: TASS

0.054358959197998