Siciliyadakı Etna vulkanı lava püskürməyə başlayıb.
Bu barədə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat verib.
"Müşahidə etmək olar ki, kraterdə aktivlik daha da güclənib və hazırda o lava püskürür", - institutun bəyanatında deyilir.
Etnanın fəaliyyəti nəticəsində havaya beş kilometr hündürlükdə kül buludu qalxıb.
Xatırladaq ki, Etna Avropanın fəaliyyətdə olan ən hündür vulkanıdır. Onun hündürlüyü 3357 metrdir.
Mənbə: rossaprimavera.ru