ABŞ-də Demokratlar Partiyasının aparıcı ailələri - hazırkı Prezident Co Bayden, keçmiş dövlət başçısı Barak Obama və 2016-cı il prezident seçkisində Donald Trampa uduzan keçmiş dövlət katibi Hillari Klinton o qədər də yaxşı münasibətlərə malik deyillər.
Öz növbəsində, klanların toqquşması partiyaya mənfi təsir göstərir.
Məlumata görə, Obama 2008-ci ildə Demokratlar Partiyasından prezidentliyə namizəd olmaq üçün Klintonlara rəqib olanda ailənin qəzəbinə tuş gəlib.
Həmçinin Obama 2016-cı ildə öz vitse-prezidenti Baydenin deyil, Klintonun prezidentliyə namizədliyini dəstəkləyəndə birincisi ondan narazı qalıb.
Bildirilir ki, məhz bu ədavətə görə, partiya tarixi böhrandadır.
Mənbə: "Financial Times"