Lift qəzası nəticəsində xəsarət alan qadının köməyə ehtiyacı var

49 yaşlı Sevil İskəndərovanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun qızı Aytac Novruz məlumat verib.

O bildirib ki, iyunun 23-də yaşadıqları binadakı liftin trosu qırılıb və anasının arterial damarları partlayıb.

"Hadisə iyunun 23-də baş verib, anamın ayağındakı arterial damarlar partlayıb. Biz onu xəstəxanaya aparanda ayağının amputasiya edilməli olduğunu dedilər. Daha sonra həkimlər digər ayağından damar götürərək, xəsarət alan ayağına qoydular. Bu əməliyyat üçün biz 10 min manat ödəniş etdik".

Aytac Novruz anasının yenidən əməliyyata girməli olduğunu deyib.

"Anam hazırda yenidən əməliyyat olmalıdır. Onun dizinə xüsusi şarnirli protez qoyulmalıdır. Bu əməliyyat üçün 30 min manata ehtiyacımız var. Yardımsevər şəxslərin dəstəyi ilə biz 15 min manat toplaya bilmişik, amma məbləğin digər hissəsi qalıb. Xalqımızdan anama dəstək olmalarını xahiş edirəm. Əgər o bu əməliyyatı keçirməsə, ayağını itirəcək".

Ailə ilə əlaqə: (070) 202-02-12.

Kart nömrəsi: 4169 7388 0213 6014.

0.060948848724365