Finlandiya prezidenti NATO sammitinə gedə bilmədi

Finlandiya Prezidenti Aleksander Stubb bazar ertəsi ABŞ-də Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) sammitinə təyyarənin gecikməsi səbəbindən uça bilməyib.

"Mənim NATO sammitinə səfərim təyyarənin ləngiməsi səbəbindən təxirə salınıb", - deyə o, "X"də (keçmiş "Twitter") yazıb.

Stubb gecikmənin onun cədvəlinə təsir etdiyini və ertəsi gün axşam Vaşinqtonda olacağına ümidvar olduğunu vurğulayıb.

Qeyd edək ki, 1949-cu ildə Şimali Atlantika müqaviləsinin imzalanmasının 75-ci ildönümü şərəfinə iyulun 9-dan 11-dək Vaşinqtonda NATO sammiti keçiriləcək.

Mənbə: TASS

0.18024492263794