Sinqapurda 16 növ həşəratdan qida kimi istifadə olunacaq

Sinqapur hakimiyyəti 16 növ həşəratın qida kimi istehlakını, eləcə də idxalını təsdiqləyib.

Bu barədə Sinqapur Qida İdarəsi məlumat yayıb.

"Səlahiyyətli orqanın prioriteti Sinqapurda istehlak edilən qidaların təhlükəsizliyini təmin etməkdir. Qida üçün həşəratların istifadəsi ilkin mərhələdə olduğundan və həşəratlar ölkədə yeni qida məhsulu sayıldığından, qurum bu sahədə təlimatları təmin edən normativ baza hazırlayıb", - idarənin məlumatında deyilir.

Qeyd olunur ki, bu sənədin dərci ilə həm insanların istehlakı, həm də təsərrüfat və sənaye sahələrində digər heyvanların qidalanması üçün həşəratların və onlardan hazırlanan məhsulların idxalına icazə verilir.

Təsdiqlənmiş növlərin siyahısına çəyirtkələr, un qurdları, bal arıları və ipəkqurdları da daxildir.

Mənbə: TASS

0.10615396499634