Salyanda qadın bacısını döyüb.
hakimiyyet.az-ın əldə etdiyi məlumata görə, münaqişəyə səbəb mülk davası olub.
Məsələ ilə bağlı hakimiyyet.az-ın sorğusuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirib ki, Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbə sakini Sevinc Tarverdiyeva ötən ayın 27-də DİN-in "102" xidmətinə, 28-də isə Salyan Rayon Polis Şöbəsinə müraciət edərək Salyan rayonu ərazisində bacısı Aybəniz Tarverdiyeva tərəfindən döyülməsi barədə məlumat verib.
Daxil olan məlumatla əlaqədar müvafiq araşdırmalar aparılıb, tərəflərin və hal şahidlərinin izahatları alınıb, müvafiq tibbi ekspertiza təyin edilib. Aparılan araşdırmaların və ekspertizanın rəyindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.