Cəlilabadda yeniyetmə xəstəxanalıq oldu

Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsində yeniyetmə xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza Cəlilabad şəhəri H.Əliyev prospektində qeydə alınıb.

Rayon sakini, 2010-ci il təvəllüdlü M.Əmirzadəni avtomobil vurub.

Xəsarət alan yeniyetmə təcili olaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.072341203689575