Sürücü yol hərəkəti qaydalarını pozmadığı halda ona elektron qaydada protokol yazıldığı iddia edib.
hakimiyyet.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, qayda pozuntusu Xocəsəndən Lökbatan gedən yolda qeydə alınıb.
Sürücü 80 km/saat sürət həddi olan yolda 74-80 km/saat sürət ilə hərəkət etdiyi halda radara düşüyünü bildirib.
Baş Dövlət Yol Polis İdarəsindən hakimiyyet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq:
"Qeyd olunan müraciətlər ilə bağlı məsələ qeydə alınıb. Müvafiq araşdırma aparılacaq".
Həmin görüntüləri təqdim edirik:
Sürücüyə qaydaları pozmadığı halda protokol yazılıb?
Sürücüyə qaydaları pozmadığı halda protokol yazılıb?
Nəzrin Vahid