Yaşar Gülər: "Türkiyə Qara dəniz hövzəsinin hərbi arenaya çevrilməsinə icazə verməyəcək"

"Türkiyə Qara dəniz hövzəsinin hərbi əməliyyatlar arenasına çevrilməsinə icazə verməyəcək".

hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Yaşar Güler ​​deyib.

"Türkiyə bu gün münaqişənin hər iki tərəfini (Rusiya və Ukrayna) yüksək səviyyəli danışıqlarda birləşdirə bilən yeganə ölkədir. Biz Qara dənizin strateji döyüşlər meydanına çevrilməsinə imkan verməyəcəyik", - deyə Gülər ​​ABŞ-nin "Politico" jurnalına müsahibəsində bildirib.

0.25155591964722