Xaricdən Azərbaycana qida əlavələri gətirən sahibkarlar ciddi problemlə üzləşiblər.
Sahibkarlar iddia edilər ki, ölkəyə gətirdikləri qida əlavələri səhiyyə nazirliyi tərəfindən təsdiqlənsə də, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) laboratoriyasında tam fərqli qərar verilib. Həmin qida əlavələri AQTA-nın laboratoriyasından müsbət rəy almayıb.
Sahibkarlar bildiriblər ki, bu ilin may ayından bu günə qədər təxmini 600 adda bioloji fəallığa malik qida əlavələri fərqli ölkələrdən Azərbaycana idxal olunub. Əlavənin ölkədə satışını həyata keçirmək istəsələr də, bu, müsbət nəticələnməyib.
Sahibkarlar deyirlər ki, laboratoriyadakı yoxlanışlar zamanı çıxan neqativ cavab onlara maddi olaraq ciddi ziyan vurur.
Məsələ ilə bağlı AQTA-nın şöbə müdiri Mansur Piriyev deyib ki, qanunvericiliyin tələblərinə uyğun olmayan bioloji aktiv qida məhsullarının ölkəmizdə dövriyyəsinə icazə verilməyəcək.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, sözügedən mərkəzin səlahiyyətlərinə yalnız təqdim edilən bioloji fəallığa malik qida əlavələrinin nümunələrinin dərman vasitəsi olub-olmaması barədə rəy verilməsi daxildir. Bəs hazırda şikayətçi olan şirkətlərə müsbət rəy verilibmi? - sualına qurumdan bildirdilər ki, onların bunu açıqlamaq səlahiyyətləri yoxdur.
Ətraflı süjetdə:
Azərbaycana xaricdən gətirilən qida əlavələri ilə bağlı PROBLEM: Sahibkarlar NARAZIDIRLAR