Ermənistanda hərbi hissəyə hücum: Saxlanılanlar var

Bir qrup mülki şəxs Ermənistan Müdafiə Nazirliyinin Sisiandakı (Sünik rayonu) hərbi hissələrindən birinə hücum edib.

hakimiyyet.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunur ki, hücum edən şəxslər bölmə növbətçisinin tələbi ilə hərbi hissənin ərazisini tərk etdikdən sonra nəzarət-buraxılış məntəqəsində xidmət edən iki hərbçi ilə münaqişə yaşanıb.

Mülki şəxslər iki əsgəri vurub, içəri girənlərdən biri qaz tapançasından havaya atəş açıb.

Əməliyyat məlumatlarına əsasən, Sisian şəhərinin üç sakini Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunaraq həbs edilib.

0.05408501625061