Moskva vilayətində dəhşətli yanğın

Rusiyanın Moskva vilayətinin Ximki şəhərində yerləşən keramik plitələr istehsalı sexində güclü yanğın baş verib.

hakimiyyet.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Yanğın nəticəsində sexin 80 kvadratmetr sahəsində dam örtüyü çöküb.

Qeyd olunur ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

0.095550060272217