Bu il məhərrəm ayının Aşura günündə ənənəvi qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb.
Bu barədə hakimiyyet.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Ünvanları aşağıdakılardır:
Bakı şəhəri üzrə:
l. Yasamal rayonu, Təzə pir məscidi;
2. Nəsimi rayonu, Əjdərbəy məscidi;
3. Səbail rayonu, "Bibiheybət" məscid-ziyarətgahı;
4. Xəzər rayonu, "Mir Mövsüm Ağa" ziyarətgah kompleksi;
5. Nizami rayonu, Sahib-əz-Zaman məscidi;
6. Nizami rayonu, Keşlə qəsəbəsi, Şah Abbas məscidi;
7. Suraxanı rayonu, Qaraçuxur məscidi;
8. Binəqədi rayonu, İmam Əli məscidi.
Regionlar üzrə:
1. Gəncə şəhəri, "İmamzadə" məscid ziyarətgah kompleksi;
2. Sumqayıt şəhəri, Cümə məscidi;
3. Lənkəran şəhəri, Böyük Bazar məscidi;
4. Masallı şəhəri, Cümə məscidi;
5. Mingəçevir şəhəri, Heydər məscidi;
6. Şəki şəhəri, İmam Əli məscidi;
7. Şirvan şəhər məscidi;
8. Bərdə şəhəri, "İmamzadə" ziyarətgah məscidi;
9. Quba şəhəri, Ərdəbil məscidi
10. Göyçay şəhəri, Əbülfəzl Abbas məscidi;
11. Xaçmaz şəhər məscidi;
12. Salyan şəhəri, Mərkəzi Hacı Tağı məscidi.