Bakıda yaşayış binasında yanğın olub.
hakimiyyet.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, Suraxanı rayonunda dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 84 kvadratmetr olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 20 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan mənzilin dəhlizi 8 kvadratmetr sahədə qarsalanıb və 3-cü mərtəbədə yerləşən mənzilin 1 ədəd plastikdən ibarət pəncərəsi əriyib.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.