Pakistanda 5 bal gücündə zəlzələ qeydə olub.
hakimiyyet.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar təxminən 236 min nəfər əhalisi olan Dera-Qazi-Xan şəhərindən 137 km qərbdə qeydə alınıb.
Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
İtkilər və dağıntılar barədə məlumat yoxdur.