Bakıda 70 yaşlı qadın yanaraq ölüb

Bakıda yanğın zamanı qadın ölüb.

"Report" xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində Quşçuluq Sovxozunda qeydə alınıb.

Orada yaşayan 1954-cü il təvəllüdlü Emilya Xanbabayeva evdə qısaqapanma zamanı nəticəsində baş verən yanğın zamanı hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

0.61160492897034