ABŞ-nin 45-ci prezidenti Donald Trampın həyatına sui-qəsd cəhdindən sonra İsrail hökumətinin nazirləri son aylarda ölkədə eşidilən çoxlu qızışdırıcı bəyanatlar fonunda eyni aqibəti Baş nazir Benyamin Netanyahunu gözləyəcəyindən ehtiyat etdiklərini bildiriblər.
Bu barədə hakimiyyet.az TASS-a istinadən xəbər verir.
"Trampın həyatına sui-qəsd cəhdi Baş nazir Netanyahuya qarşı hərəkətlərə təhrik edənlərə və buna səssiz qalanlara açıq xəbərdarlıq siqnalıdır", - deyə 2023-cü ilin sonuna qədər xarici işlər naziri vəzifəsində çalışmış İsrailin energetika naziri Eli Koen "X" səhifəsində yazıb.
Trampa sui-qəsd cəhdindən sonra rabitə naziri Şlomo Karyi "İsraildə vəziyyətin ikiqat ciddi olduğu" fikrini bildirib:
"Keçmiş prezident Trampa qarşı sui-qəsd cəhdi ABŞ-də ona qarşı sonsuz təhriklərdən sonra baş verib. Baş nazirə (Netanyahuya), onun həyat yoldaşına və oğluna qarşı ciddi təhriklər indi həmişəkindən daha realdır".
Diasporla iş üzrə nazir Amixay Şikli özünün "X" səhifəsində qeyd edib ki: "Trampa sui-qəsd cəhdi ona qarşı aparılan təhrik və qanundankənar elan olunması kampaniyasının birbaşa nəticəsidir".
"İsraildə Baş nazir Netanyahuya qarşı oxşar təhrik kampaniyası aparılır və baş prokurorla hüquq-mühafizə sistemi tərəfindən tam cəzasız qalır. Biabırçılıq", - o yazıb.