Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb

Su polisi Xəzərdə brakonyer əməliyyatı keçirib.

hakimiyyet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, balıq, həmçinin digər su bioresurslarının istifadəsinə, eləcə də mühafizəsinə nəzarəti gücləndirmək məqsədilə DİN Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı Xəzər dənizinin Hövsan qəsəbəsi istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan İlham Heydərov saxlanılıb.

Yoxlama zamanı ondan "Yamaha" mühərriki ilə təchiz edilmiş qayıq, sintetik sapla toxunmuş qanunsuz balıq ovunda istifadə olunan tor, digər qadağan olunmuş balıqovlama alətləri və 96 ədəd kefal balığı aşkarlanaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı bu şəxsin su bioresurslarından qanunsuz istifadə etməsi nəticəsində ekologiyaya 1056 manat maddi ziyan vurduğu müəyyən edilib. Faktla bağIı Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar aparılır.

Qeyd edək ki, hazırda balıqların kürü verən vaxtı olduğu üçün balıqovlama mövsümü sentyabr ayına qədər dayandırılıb. Bütün qadağalara baxmayaraq, xüsusən körpə balıqların qanunsuz ovlanması hallarına hələ də rast gəlinməkdədir. Qeyd edilən qanunsuz əməllərə yol verən brakonyerlərə xəbərdarlıq edilərək bildirilir ki, onlar barəsində cinayət və inzibati qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək.

Su polisləri tərəfindən Xəzər dənizi və digər su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların ovlanmasının qarşısını almaq məqsədilə nəzarət tədbirləri sahil boyu bütün ərazilərdə davam etdirilir. İdarə əməkdaşları tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərinin və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə mütəmadi olaraq aparılır.

Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb

Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb

0.071175098419189