Kəlbəcərdə faciəli şəkildə həlak olan hərbçi dəfn edildi

Ötən gün Kəlbəcərdə bədbəxt hadisə nəticəsində hərbçi dəfn edilib.

APA xəbər verir ki, 1981-ci il təvəllüdlü Zaqatala şəhər sakini, müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) Yunis Vasif oğlu Abbasovla vida mərasimi keçirilib.

Mərasimdə hərbçinin ailə üzvləri, qohumları, onun qulluq etdiyi hərbi hissənin bir qrup zabit və əsgər heyəti, Zaqatala Rayon İcra Hakimiyyəti aparatının nümayəndələri və rayon ictimaiyyəti iştirak edib.

Vida mərasimindən sonra Y.Abbasov Zaqatala şəhər qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, müddətdən artıq xidmət edən hərbi qulluqçumuz Yunis Abbasov Kəlbəcərdə uçqun altında qalaraq vəfat edib. Mərhum üç övlad atası idi.

0.40058398246765