Bakıda piyadanı vuraraq qaçan sürücü ilə bağlı AÇIQLAMA

"İyulun 14-də saat 15 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yolu keçən piyada S.Xankişiyeva "Hyundai" markalı avtomobillə vurulub".

Bu məlumatı hakimiyyet.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı verib.

"Piyada aldığı xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilib. Qəzadan sonra sürücü hadisə yerini tərk edib. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır və təqsirkar sürücünün müəyyən olunması istiqamətində axtarışlar davam etdirilir", - deyə məlumatda bildirilib.

Əzizə İsmayılova

Bakıda baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

hakimiyyet.az xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib.

Belə ki, sürücü yüksək sürətlə idarə etdiyi "Hyundai" markalı avtomobili ilə yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən şəxsi vurub və hadisə yerindən qaçıb.

Qeyd edək ki, hadisə baş verən yerin yaxınlığında yerüstü piyada keçidi var.

Həmin görüntüləri təqdim edirik:

0.72729396820068