Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
hakimiyyet.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
İyulun 16-da saat 17:00-a olan məlumata görə Daşkəsən, Göygöl, Gəncə, Yevlax, Şahdağ, Şəki, Oğuz, İsmayıllıda şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.
Bildirilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda 23 dərəcəyədək isti olub.