ABŞ senatoru Bob Menendes federal korrupsiya məhkəməsi tərəfindən bütün maddələr üzrə təqsirli bilinib.
hakimiyyet.az "ABC News"a istinadən xəbər verir ki, 70 yaşlı siyasətçi rüşvətxorluq, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək və ədalətə maneə törətmək kimi 16 federal ittiham üzrə mühakimə olunub.
İş üzrə yekun qərar andçılar tərəfindən təxminən 13 saat müzakirə edilərək qəbul olunub.
Menendes heç bir ittiham üzrə özünü təqsirli bilməyib. Onu 20 ilə qədər həbs gözləyir, lakin qərardan apellyasiya şikayəti verə bilər.
Qeyd edək ki, senator həyat yoldaşı Nadine Aslanyanla birgə uzun illər ABŞ-dəki erməni lobbisinin əsas simalarından biri olub.