Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus dünyada hər an yeni bir pandemiyanın başlana biləcəyi ilə bağlı xəbərdarlıq edib.
hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, Qebreyesus bu barədə Cenevrədə Hökumətlərarası Danışıqlar qurumunun iclasında çıxışı zamanı bildirib.
"Mövcud H5N1 epidemiyası bizə xatırladır ki, növbəti pandemiya hər an gələ bilər", - ÜST-nin baş direktoru vurğulayıb.