ABŞ Prezidenti Cozef Bayden koronavirusa yoluxub.
hakimiyyet.az "TASS"-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Qeyd edilir ki, dövlət başçısının koronavirusa görə verdiyi testin cavabı müsbət çıxıb.
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib ki, bu gün səhər prezident Baydenin Las-Veqasdakı ilk tədbirindən sonra koronavirusa görə verdiyi testin cavabı müsbət çıxıb.
"O, dəfələrlə peyvənd olunub və simptomları yüngüldür", - deyə Jan-Pyer qeyd edib.