ABŞ-də təbii fəlakət: Evlər, maşınlar suda üzür, körpülər dağılır

ABŞ-nin Arkanzas ştatında baş verən güclü daşqın binalara və infrastruktura ciddi ziyan vurub.

hakimiyyet.az-ın RT-yə istinadla verdiyi xəbərə görə, bu barədə yerli hökumətdən xəbər verilib.

Məlumat zamanı vəziyyətin ciddi olduğu və təcili tədbirlər görüldüyü vurğulanıb. Təbii fəlakətin əsas səbəbi son günlərdə yağan aramsız yağışlar göstərilir.

Sosial şəbəkələrdə yayılan görüntülərdə maşınların suda üzdüyü, körpülərin dağıldığı görünür.

Yerli administrasiyadan 10-larla insanın təxliyə olunduğu vurğulanıb. Hələlik xəsarət alanlar və itkin düşənlər barədə məlumat yoxdur. Lakin maddi ziyanın miqyasının böyük olduğu vurğulanıb.

Qeyd edək ki, bir gün əvvəl Kanadanın Toronto şəhəri də təbii fəlakətin əsarətində olub. Güclü yağışlar nəticəsində şəhərin bir neçə rayonu su altında qalıb. Bununla bağlı paylaşılan kadrların birində məşhur daşqından zərər görən malikanəsi əks olunub.

ABŞ-də təbii fəlakət: Evlər, maşınlar suda üzür, körpülər dağılır

ABŞ-də təbii fəlakət: Evlər, maşınlar suda üzür, körpülər dağılır

0.68250012397766