Braziliyada hər altı dəqiqədə bir qadın və ya uşaq zorlanır

Braziliyada ardıcıl ikinci ildir ki, görünməmiş səviyyələrdə gender əsaslı zorakılıq qeydə alınıb.

hakimiyyet.az forbes.ru-ya istinadən xəbər verir ki, ölkədə bildirilən cinsi təcavüzlərin sayı əvvəlki illə müqayisədə 6,5% artaraq, 83 min 988 zorakılıq epizoduna çatıb, bu da bütün zamanların ən yüksək səviyyəsi deməkdir - hər altı dəqiqədə bir analoji hadisə baş verir.

Braziliyada ifrat sağçı fəallığın yüksəlişini nəzərə alsaq, yerli ekspertlər məlumatların "daha ​​qorxulu" olduğunu deyirlər.

Məsələn, hazırda ölkə Konqresinin aşağı palatasında Braziliyada zorlamadan sonra abort etdirmiş qadınlara qarşı cəza tətbiq etməli olan qanun layihəsinə baxılır.

Braziliya İctimai Təhlükəsizlik Forumunun hesabatına görə, qadın qətli (0,8%), cinsi təcavüz (48,7%) və təqib (34,5%) daxil olmaqla, 2023-cü ildə gender əsaslı zorakılığın hər bir göstəricisi əvvəlki illə müqayisədə artıb.

Braziliyada zorlama qurbanlarının əhəmiyyətli bir hissəsini uşaqlar təşkil edir - onların 61,6%-i 13 yaş və daha kiçikdir. Onların əksəriyyəti ailə üzvləri və ya tanışları tərəfindən zorlanıb (84,7%).

0.067689895629883