Qlobal texniki nasazlıq: Dünyanın bir çox nöqtəsində hava limanları fəaliyyətlərini dayandırdı

ABŞ-də hava yolları şirkətlərinin fəaliyyətində genişmiqyaslı nasazlıqlar qeydə alınır.

Rabitə problemləri səbəbindən "United Airlines", "American Airlines" və "Delta Airlines" kimi böyük aviaşirkətlər uçuşları dayandırıb.

Bu barədə hakimiyyet.az Fontanka.ru-ya istinadən bildirir.

Bəzi məlumatlara görə, Britaniyanın "SkyNews" telekanalı şəbəkədən ayrılıb, "Windows" isə fasilələrlə işləyir.

Bundan əlavə, Berlin Hava Limanı da texniki nasazlıq səbəbindən qeydiyyatda mümkün gecikmələr barədə məlumat verib.

İspaniyanın hava limanlarında da "kompüter sistemində insident" baş verib. "Aena" operator şirkətinin sözlərinə görə, bu, uçuşların gecikməsinə gətirib çıxara bilər.

Həmçinin KİV Böyük Britaniyanın bir sıra hava limanlarında və Türk Hava Yollarında da böyük qlobal nasazlıq səbəbindən uçuşların dayandırılmasından yazır.

Avstraliyada İT sistemlərinin işində də nasazlıq müşahidə olunub və bu, təkcə hava limanlarına deyil, banklara və supermarketlərə də təsir edib.

Hindistanın "Times Now" kanalının ilkin məlumatlarına görə, qlobal nasazlığın səbəbi "CrowdStrike"ın (kibertəhlükəsizlik üzrə ixtisaslaşmış şirkət - red.) son yeniləməsi olub.

0.036432981491089