Çinin şimal-qərbindəki Şensi əyalətində magistral körpünün bir hissəsinin uçması nəticəsində 11 nəfər ölüb.
Bu barədə hakimiyyet.az "Sinxua" agentliyinə istinadən bildirir.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, körpünün uçmasına səbəb leysan yağışlar və daşqınlar olub.
Xilasedicilər çaya düşmüş beş avtomobili aşkar ediblər. İlkin məlumatlara görə, 20-yə yaxın avtomobil və 30-dan çox insan itkin düşüb.