"Pentaqon "Lockheed Martin" şirkətinin beşinci nəsil F-35 qırıcıları üçün ödənişini yubadır, çünki podratçı istehsal prosesini gecikdirir".
hakimiyyet.az gazeta.ru-ya istinadən məlumat verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri rəhbərinin köməkçisi Endryu Hanter bildirib.
"Müqavilənin tələb etdiyi bütün məhsulları almadığımız üçün ödənişlər tamamlanmayıb", - Hanter bəyan edib.
O aydınlaşdırıb ki, Pentaqon hələ əldə etmədiyi qırıcılar üçün "Lockheed Martin"ə pul ödəməkdən imtina edir.