Almaniyada kəşfiyyatçı çatışmır: 700 vakant yer var

Almaniyada xarici kəşfiyyat xidmətində kadr çatışmazlığı mövcuddur.

hakimiyyet.az kp.ru-ya istinadən məlumat verir ki, 700 vakant yer hələ də doldurulmamış qalır.

Federal Kəşfiyyat Xidməti izah edir ki, xaricdə uğurlu kəşfiyyata mane olan iki əsas problem var. Kadr çatışmazlığı ilə yanaşı, hüquqi məhdudiyyətlər də öz sözünü deyir.

Qeyd olunur ki, xidmətin əməkdaşları digər şöbələrə nisbətən daha çox xəstəlik məzuniyyəti alırlar. Mindən çox agentin ildə ən azı 30 xəstə günü olur.

0.30660605430603