ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdi edən şəxs atışma başlamazdan əvvəl hadisə yerində pilotsuz uçan aparatdan istifadə edib.
hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Məxfi Xidmətinin direktoru Kimberli Çitl təsdiqləyib.
O, Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin iclasında Trampa atəş açan şəxsin həqiqətən də drondan istifadə edib-etmədiyi ilə bağlı sualı cavablandırıb.
Çitl hadisənin digər təfərrüatını açıqlamayıb.