Türkiyənin Mersin vilayətində halay çəkərək PKK liderinin lehinə şüarlar səsləndirən şəxslər həbs ediliblər.
Bu barədə hakimiyyet.az Türkiyə daxili işlər naziri Ali Yerlikayanın məlumatına istinadən bildirir.
"Sosial mediada paylaşılan və Mersində lentə alındığı müəyyən edilən görüntülərdə bir qrupun halay rəqsi edərkən PKK liderinin lehinə şüarlar səsləndirdiyi aşkarlanıb.
Mersin Kəşfiyyat və TEM Şöbə Müdirliyimiz tərəfindən şübhəlilərin müəyyən edilməsi istiqamətində işlər aparılıb. Şübhəlilərin Qaziantepdən Mersinə gəldiyi aydın olub, görüntülərdəki 11 şübhəlinin şəxsiyyəti müəyyən edilib.
Hadisədən sonra bir şübhəli şəxs "Narkotik maddədən istifadə" ittihamı ilə həbs olunub, doqquz nəfər saxlanılıb, qaçan bir şübhəlinin saxlanılması istiqamətində işlər davam edir.
Axtarışlar zamanı ələ keçirilən rəqəmsal materiallar, silah və sursatlar müsadirə edilib. Şübhəlilər "Terror Təşkilatının (PKK/KCK) təbliğatını aparmaq" cinayətinə görə saxlanılıblar", - deyə Ali Yerlikaya qeyd edib.
GEREĞİ YAPILDI-22
— Ali Yerlikaya (@AliYerlikaya) July 23, 2024
Sosyal medyada paylaşılan ve Mersin’de çekildiği belirlenen görüntülerde bir grubun halay çekerken PKK elebaşı lehine sloganlar attığı tespit edilmişti.
Mersin İstihbarat ve TEM Şube Müdürlüklerimizce şüphelilerin tespitine yönelik çalışma yaptı. Şüphelilerin… pic.twitter.com/N1s7xhiXWx