Meqan Marklın taxdığı boyunbağının qiyməti şok yaşatdı

Hersoginya Meqan Markl 13 400 dollarlıq boyunbağı taxaraq ictimaiyyət qarşısına çıxıb.

hakimiyyet.az xəbər verir ki, Meqan Markl Montesitoda (ABŞ-nin Kaliforniya ştatının Santa-Barbara dairəsində şəhər) görüntülənib. Şahzadə Harrinin həyat yoldaşının şəkilləri italyan restoranından aktrisa Kimberli Uilyams-Peysli ilə birlikdə çıxarkən çəkilib.

Hersoginya ağ köynək, açıq mavi cins şalvar və qara ayaqqabı geyinib. O, görünüşünü günəş eynəyi, qara çanta, bilərziklər, saat və qiyməti 13 400 dollar olan "Cartier" brendinin qızıl "Juste un Clou" boyunbağısı ilə tamamlayıb.

0.202476978302